Xəbər
verdiyimiz kimi, sentyabrın 11-də neft, qaz və kimya sənayesi işçilərinin XXV
Spartakiadası start götürüb. 14 idman növü üzrə təşkil olunan yarışlar Lökbatan
qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə “Start” İdman
Kompleksində, güllə atıcılığı üzrə isə Tofiq İsmayılov adına OTİK-də keçirilir.Artıq
atletika, üzgüçülük və futtennis idman növləri üzrə yarışlara yekun vurulub.Atletikada
100 metr məsafəyə qaçışda kişilər arasında Elçin Məmmədov (Heydər Əliyev adına
Neft Emalı Zavodu), qadınların yarışında isə Məryəm Ömərova (Qaz İxrac İdarəsi)
finişə ən tez çatıb. Qaçaraq uzunluğa tullanmada “Qaz İxrac İdarəsi”nin nümayəndəsi
Pərviz Əliyev, zərif cinsin nümayəndələrindən isə Neft Kəmərləri İdarəsinin təmsilçisi
Sevinc Qədimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yerindən tullanma
yarışında da Pərviz Əliyev hamını üstələyib. Marina Şabanova (Heydər Əliyev
adına NEZ) isə xanımlar arasında ən yaxşı göstəriciyə sahib olub. Nüvəitələmədə
kişilərdən Vüsal Əsədov (Neft Daşları NQÇİ), qadınlardan isə Təranə Hüseynova
(Neft Kəmərləri İdarəsi) birinci olub.Ailə
komandaları üzrə oğlanlar və qızlar arasında keçirilən yarışların hər ikisində
Sadıqovlar ailəsi (Heydər Əliyev adına NEZ) qalib adını qazanıb.Üzgüçülük
yarışlarında Stanislav Baykov (Dalğıc Qəza və Xilasetmə İşləri İdarəsi) qalib
adını qazanıb. Rişad Zeynalovla (Heydər Əliyev adına NEZ) Kamran Babayev
(“Neftqaztikinti” Tresti) isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər.
Qadınlar arasında Neft Kəmərləri İdarəsinin təmsilçisi Aysel Hüseynzadə
liderliyə yüksəlib. Olqa Okunyova (Neft Daşları NQÇİ) 2-ci, Janna Krasova (“28
May” NQÇİ) isə 3-cü yerə çıxıb.Spartakiadada
ilk dəfə keçirilən futtennis yarışında Heydər Əliyev adına NEZ-in Cavid Ələkbərov,
Xalid Bayramov, Kamran Məmmədzadə və Tərlan Rüstəmovdan ibarət komandası qalib
olub. Nəqliyyat İdarəsi (Samir Qarayev, Ehtiram Quliyev, Kənan Nuriyev, Anar
Hacıyev) 2-ci, Neft Kəmərləri İdarəsinin komandası (Fərid Səttarov, Fərhad
İmanquliyev, Elşad Rzayev, Yusif Yusifov) isə 3-cü yeri tutub.Qeyd edək ki, sentyabrın 13-də spartakiadada
daha üç idman növü –voleybol, stritbol və şahmat üzrə yarışlara start veriləcək.