Cüdo üzrə milli komandamız Bakıda təlim-məşq toplanışını başa vurduqdan
sonra səfərə yollanıb. Cüdoçularımız iyulun 22-də Belarusun paytaxtı Minskdə
keçiriləcək açıq Avropa çempionatında mübarizə aparacaqlar.50 ölkədən 500-ə yaxın idmançının qatılacağı mötəbər yarışda ölkəmiz 16
cüdoçu ilə təmsil olunacaq.Qitə çempionatında Azərbaycanın idman şərəfini qoruyacaq cüdoçulardan
13-ü “Neftçi İdman Klubu”nun yetirmələridir: Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm
Orucov, Hidayət Heydərov, Fəqan Quluzadə, Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Elmar Qasımov, Elxan Məmmədov, Səkinə Zairova, Gülsədəf Kərimova və Kristina
Jukovets.