“Neftçi
İdman Klubu” İctimai Birliyi ölkəmizin aparıcı idman ocaqlarındandır. Azərbaycanda
böyük nüfuza malik olan klubumuzun yetirmələri əldə etdikləri uğurlarla bunu
daim sübut etməkdədirlər. İdmançılarımız bu ilin ilk yarısında qazandıqları
medalların sayına görə yenə də liderliyi qoruya biliblər.Klubun yetirmələri 2017-ci ilin ilk altı ayı ərzində
ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq göstərərək, 321-i
qızıl, 249-u gümüş və 310-u bürünc olmaqla, ümumilikdə 880 medala yiyələniblər.
Təmsilçilərimiz bu ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi
Oyunlarında ölkəmizi layiqincə təmsil edərək 59 medal (33 qızıl, 19 gümüş, 7
bürünc) qazanıblar. İdmançılarımız dünya yarışlarında 13 (4 qızıl, 6 gümüş, 3
bürünc), Avropa yarışlarında 40 (12 qızıl, 9 gümüş, 19 bürünc), beynəlxalq
turnirlərdə isə 104 medala (30 qızıl, 25 gümüş, 49 bürünc) sahib olublar. Respublika
səviyyəli yarışlarda 353 dəfə fəxri kürsüdə yer alan (136 qızıl, 105 gümüş, 112
bürünc) atletlərimiz paytaxt yarışlarında 188 (55 qızıl, 52 gümüş, 81 bürünc),
digər yarışlarda isə 123 medal (51 qızıl, 33 gümüş, 39 bürünc) əldə ediblər.