“Neftçi İdman Klubu”nun paralimpiyaçısı Gündüz İsmayılov (87 kq) Azərbaycan idman
tarixində ilk dəfə olimpiyaçılarla yarışda iştirak edib. Bu inanılmaz hadisə
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən pauerliftinq üzrə dünya
çempionatında baş verib. Paralimpiyaçı pauerliftinqçimiz finala iranlı
olimpiyaçılarla qalıb və rəqiblərinə qalib gələrək iki qızıl medala sahib olub.Qeyd edək ki, yarışlarda iştirak etmək üçün əlil idmançımız özü müraciət
edib.