“Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə açıq Bakı birinciliyi
keçirilib. 23 yaşadək gənclər arasında təşkil olunan yarışda 23 komandadan 308
idmançı (280 oğlan, 28 qız) qüvvəsini sınayıb.”Neftçi İdman Klubu”nun cüdoçuları paytaxt birinciliyinin 6 medalına (3
qızıl,1 gümüş, 2 bürünc) sahib olublar.İki gün davam edən və 14 çəki dərəcəsi üzrə keçirilən yarışda xanım
idmançılarımızdan Ülviyyə Bayramova (52 kq) və Nigar Cəfərova (+78 kq) fəxri
kürsünün ən yüksək pilləsinə qalxıblar. Cəmalə Muqumova (70 kq) gümüş, Aytac
Quluzadə (48 kq) və Əsmər İsgəndərova (52 kq) isə bürünc medala layiq görülüb.Oğlanlar arasında 90 kq çəki dərəcəsində mübarizə aparan Cavid Muradov
bütün qarşılaşmaları qələbə ilə başa vuraraq paytaxt birinciliyinin qalibi adını
qazanıb.