“Neftçi
İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında növbəti dəfə
mini-futbol turniri keçirdi. 28 May – Respublika Gününə həsr olunmuş yarışda
dörd qrupda olmaqla 20 komanda mübarizə aparırdı. “A” qrupunda “Bahar Enerji”
Əməliyyat Şirkəti, Qaz Emalı Zavodu, “28 May” NQÇİ, Dalma Qurğularının Təmiri və
Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi, “Neft Daşları” NQÇİ, “B”
qrupunda “Neftqaztikinti” Tresti, H.Z.Tağıyev adına NQÇİ, “Abşeronneft” NQÇİ, “SOCAR
Petroleum” Qapalı Səhmdar Cəmiyyəti, “Siyəzənneft” NQÇİ, “C” qrupunda “Suraxanı
Oyl” Əməliyyat Şirkəti, “Azərkimya” İstehsalan Birliyi, “Qaz İxrac” İdarəsi,
Kompleks Qazma İşləri Tresti, Qaz Anbarlarının İstismarı İdarəsi, “D” qrupunda
isə Nəqliyyat İdarəsi, Karbamid zavodu, “Bibiheybətneft” NQÇİ, İnformasiya
Texnologiyaları və Rabitə İdarəsi və Əli Əmirov adına NQÇİ-nin komandaları yer
almışdılar.Suraxanı
qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində mayın
22-dən 26-dək davam edən turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya
sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların asudə vaxtlarının səmərəli
təşkil olunması, eləcə də bu idman növünün kütləviləşməsinə köməklik göstərilməsi
və 28 May – Respublika Gününün daha təntənəli qeyd edilməsi idi.Turnirin
qaydalarına görə, hər qrupdan ilk iki yeri tutan komandalar final mərhələsinə –
dörddəbir finala vəsiqə qazanırdılar. Bu uğura “A” qrupundan “Bahar Enerji” Əməliyyat
Şirkəti və “28 May” NQÇİ, “B” qrupundan “Neftqaztikinti” Tresti ilə “SOCAR Petroleum”
QSC, “C” qrupundan “Suraxanı Oyl” və “Qaz İxrac” İdarəsi, “D” qrupundan isə
Karbamid zavodu ilə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin
komandaları imza atdılar. Həmin komandalardan isə “Bahar Enerji”, “Qaz İxrac”, “SOCAR
Petroleum” və “Suraxanı Oyl” yarımfinal mərhələsinə yüksəlməyi bacardılar. Bu mərhələdə
“Bahar Enerji” “Qaz İxrac”ı (2:1), “Suraxanı Oyl” isə “SOCAR Petroleum”
komandasını məğlub etdi (5:1). Üçüncü yer uğrunda görüşdə “SOCAR Petroleum” “Qaz
İxrac” üzərində 3:1 hüsabı ilə qələbə qazandı. Həlledici final qarşılaşmasında
isə “Suraxanı Oyl” və “Bahar Enerji” komandaları üz-üzə gəldilər. Birincilərin aşkar
üstün tərəf olması nəticəyə də öz təsirini göstərdi. Belə ki, “Suraxanı Oyl” rəqibi
üzərində 4:0 hesablı asan qələbə qazandı.Beləliklə,
“Suraxanı Oyl” Əməliyyat Şirkəti komandası mini-futbol turnirinin qalibi adını
qazandı. “Bahar Enerji” 2-ci, bu turnirdə ilk dəfə çıxış edən “SOCAR Petroleum”
isə 3-cü yeri tutdu. Təbii ki, bu nəticəni debüt edən komanda üçün uğurlu
saymaq olar.Həmişə
olduğu kimi, bu dəfə də klubumuz “ən məhsuldar oyunçu”, “ən yaxşı oyunçu” və “ən
yaxşı qapıçı” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların
qalibi adına müvafiq olaraq, Qədir Rüstəmov (“Suraxanı Oyl”), Rauf Əliyev (“Bahar
Enerji”) və Renad Əliyev (“SOCAR Petroleum”) layiq görüldülər.Sonda
təşkil olunan mükafatlandırma mərasimində “Neftçi İdman Klubu”nun kütləvi bədən
tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək yarış iştirakçılarını 28 May
– Respublika Günü münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq
Sadıqovun adından təbrik etdi. Ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən
dövlət qayğısından geniş söhbət açan klub rəsmisi, ölkəmizdə keçirilən IV İslam
Həmrəyliyi Oyunlarından da bəhs etdi. O, ölkəmiz tərəfindən yüksək səviyyədə təşkil
olunan yarışlarda Azərbaycan komandasının qalib adını qazanmasını və bu qələbədə
“Neftçi İdman Klubu”nun 45 medalla böyük pay sahibi olmasını xüsusi vurğuladı.Natiq
gələn il Respublika Gününün 100 illiyi münasibətilə bu turnirin daha möhtəşəm
keçiriləcəyini söylədi. Onlara turnirdə göstərdikləri fəallığa görə dərin minnətdarlığını
bildirən Məmmədov, yarış iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər
arzuladı. Sonra o, qalib komandaları qazandıqları qələbə münasibətilə təbrik
etdi.Qalib və mükafatçı komandalara “Neftçi İdman
Klubu” tərəfindən kubok, diplom və xatirə hədiyyələri təqdim olundu. Nominasiya
qalibləri də diplom və hədiyyələrlə mükafatlandırıldılar.