IV
İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən güləş yarışlarında “Neftçi
İdman Klubu”nun daha iki güləşçisi qızıl medal qazanıb. Heydər Əliyev adına
İdman Sarayında təşkil olunan yarışmada yunan-Roma güləşçilərimiz Elvin Mürsəliyev
və İslam Abbasov bu uğura imza atıblar.75 kq
çəki dərəcəsində ölkəmizi təmsil edən, ilk Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev
finalda Türkiyə təmsilçisi Furkan Bayrak üzərində 1:0 hesabı ilə qələbə
qazanaraq Azərbaycanın aktivinə 54-cü qızıl medalı yazdırıb.Klubun digər yetirməsi İslam Abbasov (85 kq) da
finala qədər inamla irəliləyib. Həlledici görüşdə türkiyəli Ali Cengizlə üz-üzə
gələn pəhləvanımız rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb və İslam Həmrəyliyi
Oyunlarının qalibi adını qazanıb.