“Neftçi
İdman Klubu”nun atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi
Oyunlarında 5-ci qızıl medalını qazanıb. İdmançımız 10 metr məsafədən pnevmatik
tapançadan atəşaçma üzrə qarışıq komanda yarışında növbəti uğuruna imza atıb. Belə
ki, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına
qalib gələrək qızıl medala layiq görülüb.Xatırladaq ki, Ruslan Lunyov İslam Həmrəyliyi
Oyunlarında bundan öncə 25 metrdən tapança ilə mərkəzə atəşaçma, eyni məsafədən
sürətli atəşaçma, həmçinin standart tapança ilə atəşaçma və 10 metr məsafədən
pnevmatik tapança ilə atəşaçmada qızıl medallar qazanmışdı.