Serbiyanın
Subotiça şəhərində SKDUN karate-do üzrə keçirilən Avropa çempionatı başa çatıb.
Yarışda qitənin 30 ölkəsini təmsil edən 2000-dən artıq idmançı qalib adı
uğrunda mübarizəyə qoşulub.”Neftçi İdman Klubu”nun millimizin heyətində yer
almış karateçilərindən 6-sı ölkəmizə medal qazandırmağa müvəffəq olub. İdmançılarımızdan
Sədi Namazov (21-39 yaş) kata yarışlarında Avropa çempionu adına yiyələnib. Kumite
yarışlarında isə Həsən Quliyev, Rauf Aşrafov (hər ikisi 21-39 yaş), Eşqin Əsgərov
(14-15 yaş, 57 kq), Abdulhüseyn Quliyev (10-11 yaş, 40 kq) və Nazim Bayramlı (12-13
yaş, 45 kq) qitə çempionatının bürünc medallarına sahib olublar.