Naxçıvanda
ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş
pauerliftinq üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycanla yanaşı, Türkiyə,
İran və Gürcüstan idmançılarının da yer aldığı yarışda atletlər 12 çəki dərəcəsi
üzrə mübarizə aparıblar.”Neftçi
İdman Klubu” turnirdə iki pauerliftinqçi ilə təmsil olunub ki, onların da hər
ikisi qızıl medala layiq görülüb. 67,5 kq çəkidə çıxış edən Elmir Tarverdiyev üç
hərəkətin cəmində 460 kq (oturub-durma hərəkətində 160 kq, uzanaraq sinədən
sıxma hərəkətində 90 kq, yerdən dartma hərəkətində 210 kq) nəticə göstərərək
qalib adını qazanıb. Gündüz Məmmədov (90 kq) isə toplam 800 kq (300+185+315)
ağırlığın öhdəsindən gəlib və liderliyə yüksəlib.Turnirin keçirilməsində əsas məqsəd qarşıdan gələn
Avropa çempionatına və ilin sonunda keçiriləcək dünya çempionatına milli
komandanın heyətinin təyin olunması idi.