Gürcüstanın
Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun
vurulub.Yeddi ölkədən 160-a yaxın dəri əlcək ustasının
qatıldığı yarışda “Neftçi İdman Klubu”nun gənc boksçusu Orxan Həsənov uğurlu nəticəyə
imza atıb. 56 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün döyüşləri qələbə
ilə başa vuraraq beynəlxalq turnirin qalibi adını qazanıb.