Balakən
Olimpiya İdman Kompleksində yeniyetmə yunan-Roma güləşçiləri arasında XI
Respublika Oyunlarının final mərhələsi keçirilib. Yarışda 43 komandanın tərkibində
250-dək idmançı 15 çəki dərəcəsi üzrə mübarizə aparıb.Klubumuzun
yeniyetmə güləşçilərindən 4-ü mükafatçılar arasında yer alıb. 35 kq çəkidə
çıxış edən Cavidan Məmmədli bütün rəqiblərini məğlub edib və fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Klubun digər pəhləvanları – Hüseyn Qəribov (42 kq),
Elmir Əliyev (47 kq) və Hüseyn Hüseynov (52 kq) isə yarışı 3-cü yerdə başa
vurublar.