Hövsan
Olimpiya İdman Kompleksində sambo üzrə açıq Bakı birinciliyi sona yetib.Kiçikyaşlı
yeniyetmələr arasında keçirilən yarışda “Neftçi İdman Klubu”nun samboçuları da
bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımız 4-ü qızıl, 4-ü gümüş, 11-i
bürünc olmaqla, paytaxt birinciliyinin 19 medalına sahib olublar və komanda
hesabında birinci yeri tutublar.Samboçularımızdan 42 kq çəki dərəcəsində mübarizə
aparan Mövlan Nadirov, Hacalı Qasımov (46 kq), Adil Adilzadə (60 kq) və Orxan
İbrahimov (66 kq) rəqib tanımayaraq açıq Bakı birinciliyinin qalibi adını
qazanıblar.