Aprelin
28-də Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında start
götürmüş gənclər arasında ağırlıqqaldırma üzrə respublika birinciliyinə yekun
vurulub. Yaşı 20 və 23-ə qədər olan idmançılar arasında keçirilən yarışda ölkənin
bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-dən artıq atlet qüvvəsini
sınayıb.Klubumuzun
yetirməsi, 105 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Asxab Kalayev
yaşı 20-yə qədər olan atletlər arasında toplam 260 kq (120+140) nəticə göstərib
və ardıcıl olaraq dördüncü dəfə Azərbaycan çempionu olub.Qeyd edək ki, idmançımız 2014, 2015 və 2016-cı
illərdə də öz çəkisinin ən güclüsü olub.