Kiçikyaşlı
yeniyetmələr arasında boks üzrə açıq Bakı birinciliyi keçirilib. Azərbaycan
Boks Mərkəzində təşkil olunan yarışda 192 dəri əlcək ustası qalib adı uğrunda mübarizəyə
qoşulub.”Neftçi İdman Klubu”nun yeniyetmə boksçuları
paytaxt birinciliyini 11 medalla (6 gümüş, 5 bürünc) tamamlayıblar. Təmsilçilərimizdən
Nihad Qurbanlı (38,5 kq), Əli Qəmbərov (46 kq), Xudu Suanverdiyev (48 kq), Məhəmməd
Əliyev (52 kq), Nihad Qurbanzadə (76 kq) və Kamal Abdullayev (+76 kq) yalnız həlledici
final döyüşündən məğlub ayrılıblar və gümüş medala layiq görülüblər. Klubun digər
yetirmələri – Fərid Quliyev (41,5 kq), İsmayıl Gülməmmədov (50 kq), Samir
Əzimov (56 kq), Rəmiş Hüseynov (65 kq) və Səməndər Rzayev (+76 kq) isə paytaxt
birinciliyini bürünc medalla başa vurublar.