Azərbaycan
Cüdo Federasiyası son vaxtlar bir çox məsələlərlə bağlı gördüyü işləri sürətləndirməkdədir.
Respublikamızın müxtəlif bölgələrində müasir cüdo məşq zallarının açılıb
istifadəyə verilməsi, perspektivli cüdoçuların aşkar olunması və onlara lazımi
şəraitin yaradılması prosesi mütəmadi olaraq davam etdirilir.Bununla
yanaşı, federasiyanın qarşısında duran prioritet məsələlərdən biri də ölkədə cüdo
klubları və idman təşkilatlarının nəzdində olan cüdo bölmələrinin qeydə
alınması və onlara lisenziyaların verilməsi idi. Bu gün Azərbaycan Cüdo
Federasiyasında bu mövzuya həsr olunmuş tədbir keçirildi. Quruma 70-dən çox
müraciət olunsa da, onlardan standartlara cavab verdiyinə görə 56-na lisenziya təqdim
olundu. Klub və təşkilat nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə gələcəkdə
standartlara cavab verən qurumlara lisenziyaların verilməsinin davam etdiriləcəyi
qeyd olundu.Lisenziya
klub və təşkilatlara 5 il müddətinə verilir. Bu da onlara həmin vaxt ərzində Azərbaycan
Cüdo Federasiyasının bayrağı altında keçirilən bütün yarışlarda iştirak etmək
hüququ verir.Tədbirdə
çıxış edən nümayəndələr lisenziyalaşdırma proqramının həyata keçirilmə qaydalarından
razı qaldıqlarını və bu vacib işə görə federasiya rəhbərliyinə minnətdarlıqlarını
bildirdilər. O da vurğulandı ki, müstəqillik illərində klub və təşkilatların rəsmi
olaraq qeydiyyata alınması və onlara müvafi q
lisenziyaların təqdim olunması bir ilkdir. Təbii ki, belə düşünülmüş, məqsədyönlü
addımların atılması Azərbaycan cüdosunun daha da sürətlə inkişaf etməsinə təkan
verəcəkdir.Azərbaycan Cüdo Federasiyasının qarşıya qoyduğu
bütün tələblərə cavab verən və bu idman növünün inkişaf etdirilməsində misilsiz
xidmətləri olan “Neftçi İdman Klubu”na da lisenziya təqdim olundu. Təbii ki,
lisenziyanın əldə olunması klubumuz üçün çox önəmlidir və bu, gələcəkdə daha
böyük uğurların əldə olunması yolunda cüdoçularımıza əlavə stimul verəcəkdir.