Futbol
üzrə Azərbaycan çempionatının I Divizionunda XXIV tura start verilib.”Qaradağ
Lökbatan” komandası İmişlidə “Mil-Muğan”ın qonağı olub. Heydər Əliyev adına
İmişli şəhər stadionunda keçirilən oyunda gərgin mübarizə şəraiti müşahidə
olunub. Tədricən üstünlüyü ələ alan komandamız rəqib qapısına ciddi həmlələr
etməyə başlayıb. Azər Bağırovun yetirmələri “Mil-Muğan”ı fasiləyə qədər üç,
ikinci hissədə isə daha bir dəfə cəzalandırıblar. Vurulan qollara Mübarək
Şahquliyev (21), Sabir Allahquliyev (32), Elgiz Kərəmli (43) və Rüfət Məmmədov
(64) imza atıblar. Yerli komanda bu qollardan yalnız ikisinin əvəzini çıxa
bilib. Beləliklə, qarşılaşma “Qaradağ Lökbatan”ın 4:2 hesablı qələbəsiylə
yekunlaşıb.Növbəti qələbəsi sayəsində “Qaradağ Lökbatan”
xallarının sayını 49-a çatdırıb.