Kişilər
arasında 64 xanalı dama üzrə Bakı şəhər çempionatı sona yetib. 1 saylı Uşaq Gənclər
İdman Şahmat-Dama Məktəbində təşkil olunan və İsveçrə sistemi ilə keçirilən 7
turluq yarışda 26 idmançı bacarığını nümayiş etdirib.”Neftçi
İdman Klubu”nun damaçıları paytaxt çempionatının bütün medallarına sahib
çıxıblar. Belə ki, təmsilçilərimizdən Əziz Hüseynov 14 mümkün xaldan 12-ni
toplayaraq çempionluq sevinci yaşayıb. Gənclər arasında Avropa və dünya
çempionu olmuş Famil Kamilli isə ondan 1 xal geri qalıb və gümüş medala layiq
görülüb. Hərəyə 10 xal toplayan Nofəl Aşumov və Camal Cabbarov isə 3-cü və 4-cü
yerləri bölüşdürüblər. Əmsallar cədvəlinə görə isə bürünc medal Nofəl Aşumova təqdim
olunub.Qeyd edək ki, bu idmançılarımızın hamısı iyul
ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.