“Neftçi
İdman Klubu”nun ilk Avropa Oyunlarına həsr olunmuş xüsusi buraxılışı işıq üzü
görüb. Jurnalın ideya rəhbəri “Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri
Sadıq Sadıqovdur.Klubun
idmançılarının beynəlxalq arenalarda, xüsusilə də Bakı-2015 birinci Avropa
Oyunlarında qazandıqları böyük uğurlardan bəhs edən jurnal nəfis tərtibatı ilə
diqqəti cəlb edir və bu oyunlardan sonra çap olunmuş məhsullar arasında ümumi səviyyə
baxımından bəlkə də bir ilkdir.Jurnalın
“Azərbaycan – idman ölkəsi” bölümündə respublikamız müstəqillik qazandıqdan
sonra ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü idman
siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və
bunun sayəsində ölkəmizdə idmanın sürətlə inkişaf etməsindən söhbət açılır.”Birinci
Avropa Oyunları ölkəmizi bütün dünyaya tanıtdı” sərlövhəli yazıda aparılmış
düzgün idman siyasəti nəticəsində Azərbaycanın bir çox
beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edərək etimadı doğrultmasından və
nəticədə ilk Avropa Oyunlarının təşkil olunmasının rəsmi Bakıya etibar edilməsindən
danışılır. Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban xanım Əliyevanın oyunların yüksək səviyyədə təşkil olunması üçün
var-gücü ilə çalışması və buna gözləniləndən də artıq dərəcədə nail olması
haqda fikirlər də jurnalın səhifələrində yer alır.Avropa
Oyunlarının açılış və bağlanış mərasimlərini əhatə edən bölmələrdə 68 min
tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunda öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi
ilə hər kəsin diqqətini çəkən heyrətamiz mənzərədən bəhs olunur. Azərbaycanın
orijinallığı ilə tamaşaçıları vəcdə gətirən bu mərasimlərlə Avropa Oyunlarının
ilk parlaq səhifəsini yazdığı xüsusi vurğulanır.”Neftçi
İdman Klubu”nun idmançıları Avropa Oyunlarını uğurla başa vurdular” bölməsində
atletlərimizin bu oyunlardakı möhtəşəm çıxışlarından söz açılır. Klubun yetirmələrinin
oyunlarda rekord sayda – 79 idmançı ilə təmsil olunması və 6-sı qızıl, 5-i
gümüş, 5-i isə bürünc olmaqla 16 medala sahib olması əsas müzakirə mövzularındandır.
Jurnalda klubun Avropa Oyunlarının qalibi olmuş təmsilçilərindən Rəsul Çunayev
və İlham Zəkiyevlə müsahibələr, eləcə də “Möhtəşəm azarkeşlər” mövzusunda
yazıyla tanış olmaq mümkündür.”Neftçi
İdman Klubu”nun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı”
başlıqlı yazıda şirkət prezidenti Rövnəq Abdullayevin idmançılarımızla görüşü,
onları təbrik etməsi, klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun
idmançıların ilk Avropa Oyunlarındakı çıxışlarından hazırlanmış diski, eləcə də
bu oyunların xatirə hədiyyəsini Rövnəq Abdullayevə təqdim etməsi haqda qeydlər
və görüntülər özündə maraqlı məqamları əks etdirir.”Klubumuz
Avropa Oyunlarında tarix yazdı”, “Neftçi İdman Klubu” – lider idman cəmiyyəti”
sərlövhəli yazılarda idmançılarımızın Avropa Oyunlarında, eləcə də son illər ərzində
beynəlxalq arenalarda qazandıqları böyük uğurlardan geniş söhbət açılır.”Avropa
Oyunları dünya mediasında” bölümündə dünyanın nüfuzlu media vasitələrinin
birinci Avropa Oyunlarına geniş yer ayırmasından, xüsusilə açılış və bağlanış mərasimlərində
bütün dünyanın diqqətini Azərbaycana yönəltməsindən, oyunlar haqda xəbərlərin
xarici KİV-lərin baş xəbərlərinə çevrilməsindən bəhs olunur. Bakı-2015 ilk
Avropa Oyunlarının dünyanın kütləvi informasiya vasitələrində çox böyük əks-səda
doğurması diqqətə çatdırılır.