Türkiyənin
Antalya şəhərində keçirilən cüdo üzrə beynəlxalq Qran-pri turnirinə yekun
vurulub. 34 ölkədən 252 idmançının (155 kişi, 97 qadın) yarışdığı turnirdə
milli komandamız 13 cüdoçu (7 kişi, 6 qadın) ilə təmsil olunub. Azərbaycan
yığması mötəbər turniri 3 bürünc medalla başa vurub.Medalların hər üçünü ölkəmizə “Neftçi İdman
Klubu”nun yetirmələri qazandırıb. Cüdoçularımızdan 73 kq çəki dərəcəsində
mübarizə aparan Hidayət Heydərov və Elxan Məmmədov (100 kq) Antalya Qran-prisinin
bürünc medalına sahib olublar. Xanım idmançılarımızdan isə Nəzakət Əzizova (52
kq) eyni uğuru təkrarlayıb.