Futbol
üzrə Azərbaycan I Divizionunda XXIII tura yekun vurulub.Bu tur
çərçivəsində “Qaradağ Lökbatan” paytaxtın “Bakılı” komandasını qəbul edib. Lökbatan
qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşma
komandamızın 6:1 hesablı darmadağını ilə başa çatıb. Rəqib komandanın
qapısından topları Məhəmməd Bədəlbəyli (40, 48(p)), Elvin İsmayılov (44) və Rüfət
Məmmədov (68, 80(p), 90) keçirib. “Bakılı”nın vurduğu yeganə qola isə Əbülfəz Hacıyev
(78) imza atıb.Qeyd edək ki, xallarının sayını 46-ya çatdıran “Qaradağ
Lökbatan” hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.