Hövsan
Olimpiya İdman Kompleksində sambo üzrə Bakı şəhər birinciliyi sona yetib. 11 çəki
dərəcəsi üzrə 142 idmançının mübarizə apardığı yarışda 2003-2005-ci illər təvəllüdlü
samboçular öz bacarıqlarını nümayiş etdiriblər.Klubumuzun kiçikyaşlı yeniyetmələrindən 12-si
mükafata layiq yer tutub (4 qızıl, 3 gümüş, 5 bürünc). Onlardan 32 kq çəkidə
çıxış edən Fərid Zərbəliyev, Rüfət Novruzəliyev (35 kq), Musaxan Gülməmmədov (42
kq) və Ələkbər Bağırlı (+71 kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq Bakı
şəhər çempionluğunu bayram ediblər.