Latviyanın
paytaxtı Riqada Şərq döyüş növlərinin olimpiadası və Avropa çempionatı
keçirilib. 30 ölkədən 1000-dən artıq idmançının qatıldığı yarışda respublikamız
15 karateçi ilə təmsil olunub.Yığma
komandanın tərkibində “Neftçi İdman Klubu”nun 3 yetirməsi qalib adı uğrunda
yarışıb. İdmançılarımızdan 84 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə
aparan Cavid Amanov Avropa çempionatının qalibi adını qazanıb. Bu karateçimiz Şərq
döyüş növlərinin olimpiadasında isə 90 kq çəkidə gümüş medala layiq görülüb.Klubun digər yetirməsi Röyal Haqverdiyev (77 kq)
isə Avropa çempionatında bürünc medala sahib olub.