Bakı
İdman Sarayında kadetlər və yeniyetmələr arasında kikboksinq üzrə XXI Azərbaycan
birinciliyi keçirilib. “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi
altında təşkil olunan yarışda respublikanın müxtəlif bölgələrindən 78
komandanın tərkibində 1000-ə yaxın idmançı mübarizəyə qoşulub.”Neftçi
İdman Klubu”nun təmsilçiləri ölkə birinciliyində uğurla çıxış edərək 7 qızıl, 5
gümüş və 8 bürünc medala sahib olublar. Kikboksçularımızdan Rəvan Həsənov (24
kq), Əlihüseyn Əliyev (33 kq), Əli Qasımov (39 kq), Emin Əliyev (42 kq) və Məhəmməd
Əliyev (51 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq ölkə çempionu adını
qazanıblar. Qızlar arasında isə Xədicə Mustafayeva (22 kq) və Aynur Abbasova
(45 kq) eyni uğura imza atıblar.”Neftçi İdman Klubu”nun kadetləri komanda hesabında birinci yeri tutublar.