Respublika
Şahmat Mərkəzində oğlanlar və qızlar arasında 64 xanalı dama üzrə Azərbaycan
birinciliyi keçirilib.”Neftçi
İdman Klubu”nun təmsilçilərindən Famil Kamilli 10 oyuna 20 xal toplayaraq, 19
yaşa qədər oğlanlar arasında növbəti dəfə ölkə çempionu olub. 13 yaşadək qızlar
arasında keçirilən yarışda Ülkər Babanlı eyni uğura imza atıb (10 oyuna 20 xal)
və qızıl medala sahib olub. Klubun digər idmançısı Yusif Rəhimli isə 11 oyundan
21 xallıq nəticə ilə Azərbaycan birinciliyinin qalibi adını qazanıb.Qeyd edək
ki, dördqat Avropa və dünya çempionu Famil Kamilli bu titulu 27-ci, Avropa
çempionu Ülkər Babanlı 7-ci, Yusif Rəhimli isə ilk dəfədir ki, qazanır.Qaliblər aprel ayının 29-da Rusiyada keçiriləcək
Avropa çempionatında və avqust ayının 24-də Bolqarıstanda təşkil olunacaq dünya
çempionatında iştirak etmək hüququna yiyələniblər.