İstanbulda
Vehbi Emre və Hamid Kaplanın xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə
beynəlxalq turnirə yekun vurulub.Azərbaycan
pəhləvanları yarışda əzmlə mübarizə apararaq 3 medal (1 gümüş, 2 bürünc)
qazanıblar. Sevindirici haldır ki, mükafata layiq yer tutmuş güləşçilərin hər
üçü “Neftçi İdman Klubu”nun yetirmələridir. Turnirdə 85 kq çəki dərəcəsində
çıxış edən İslam Abbasov finaladək irəliləməyi bacarıb. Lakinidmançımızhəlledici görüşdə
rəqibinə məğlub olub və gümüş medala yiyələnib. Klubun digər yetirmələri
Murad Məmmədov (59 kq) və Həsən Əliyev (75 kq) isə turnirin bürünc medallarını
qazanıblar.Qeyd edək ki, komanda hesabında Azərbaycan
yığması üçüncü yeri tutub.