Türkiyənin
Antalya şəhərində keçirilən yeniyetmə cüdoçuların Avropa kuboku başa çatıb.18
ölkədən 362 idmançının (218 oğlan, 144 qız) qalib adı uğrunda yarışdığı turnirdə
Azərbaycan yığması 4 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq, komanda
hesabında 2-ci yeri tutub.”Neftçi İdman Klubu”nun millinin heyətində təmsil
olunan yeniyetmə cüdoçularından 50 kq çəki dərəcəsində mübarizə aparan Əli Əsgərli
və Knyaz Mahmudlu (66 kq) bütün görüşlərdən qalib ayrılıblar və Avropa
kubokunun qızıl medalına sahib olublar.