Türkiyənin
Trabzon şəhərində “Neftçi İdman Klubu” və “Nişantaşı” Klubunun gənc güllə
atıcıları arasında dostluq görüşü keçirilib. İdmançılarımızın üstünlüyü şəraitində
keçən yarışda qızlar arasında bütün mükafata layiq yerləri klubumuzun yetirmələri
tutublar. Onlardan Lalə Mirzəzadə 370 xal toplayaraq liderliyə yüksəlib. Zeynəb
Abasova (358 xal) 2-ci, Fatimə Rzayeva (310 xal) isə 3-cü yerə çıxıb.Oğlanların yarışında atıcımız Elvin Astanov 558
xalla qalib adını qazanıb. Vladislav Kalmıkov isə 542 xallıq nəticə ilə
yoldaşlıq görüşünü 3-cü yerdə tamamlayıb.