Gənclər
arasında boks üzrə respublika birinciliyi sona yetib. Azərbaycan Boks Mərkəzində
keçirilən yarışda 10 çəki dərəcəsi üzrə 160 dəri əlcək ustası qüvvəsini
sınayıb.”Neftçi İdman Klubu”nun boksçuları ölkə
birinciliyinin 5 medalını (1 qızıl, 1 gümüş, 3 bürünc) qazanıblar və komanda
hesabında 3-cü yerə çıxıblar. İdmançılarımızdan 49 kq çəki dərəcəsində mübarizə
aparan Əflatun Babayev bütün döyüşləri qələbə ilə yekunlaşdıraraq fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlub
olan Orxan Həsənov (56 kq) gümüş medala sahib olub. Mirmehdi Mehdizadə (49 kq),
Amil İlyasov (52 kq) və Rəcəb Niftəliyev (81 kq) isə yarışdan bürünc medalla
ayrılıblar.