Futbol
üzrə Azərbaycan çempionatının I Divizionunda 14-cü turun təxirə salınmış
oyunlarına start verilib.Bu tur
çərçivəsində “Qaradağ Lökbatan” Qazaxda “Göyəzən” komandasının qonağı olub.
Qazax şəhər stadionunda keçirilən oyunda komandamız özünü heç də qonaq kimi
aparmayıb. Qarşılaşma əvvəldən axıra qədər futbolçularımızın diqtəsi altında
keçib. İlk dəqiqələrdən hücuma atılan və rəqibi daim təzyiq altında saxlayan Azər
Bağırovun yetirmələri artıq 15-ci dəqiqədə Rüfət Məmmədovun ifasında qola imza
atıblar. Cəmi iki dəqiqə sonra bu futbolçumuz özünün və komandasının ikinci
qolunu vuraraq dubl edib – 2:0. Komandalar fasiləyə elə bu hesabla yollanıblar.
Matçın 78-ci dəqiqəsində “Qaradağ Lökbatan” növbəti hücumu sayəsində rəqibini
üçüncü dəfə cəzalandırıb. Bu dəfə Əliağa Xudiyev adını tabloya yazdırıb. Beləliklə,
komandamız səfərdə “Göyəzən”i 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.Xatırladaq ki, ötən həftə keçirdiyi qarşılaşmada
təmsilçimiz “Ağsu” komandasına da 3:0 hesabı ilə qalib gəlmişdi.