Bakı İdman
Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə birinciliyi
başa çatıb. 1997-1999-cu illər təvəllüdlü idmançılar arasında keçirilən yarışın
ikinci – sonuncu günü yunan-Roma güləşçiləri meydana çıxıblar.169 pəhləvanın
qalib adı uğrunda yarışdığı birincilikdə “Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri
5 medala (3 qızıl, 2 bürünc) yiyələniblər. Təmsilçilərimizdən 60 kq çəki dərəcəsində
gücünü sınayan Kamran Mirzəliyev, Ülvi Qənizadə (74 kq) və Tuncay Vəzirzadə (84
kq) bütün qarşılaşmalardan qalib ayrılaraq Azərbaycan çempionu adına sahib
olublar. Elvin Mustafayev (55 kq) və Rəşad Mustafayev (84 kq) isə bürünc medala
layiq görülüblər.Qeyd edək
ki, yunan-Roma güləşçilərimiz komanda hesabında birinci yeri tutublar.Xatırladaq ki, yarışın birinci günündə klubun sərbəst
güləşçiləri respublika birinciliyinin 7 medalını (2 qızıl, 2 gümüş, 3 bürünc)
qazanmışdılar.