“Neftçi
İdman Klubu” neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında
stolüstü tennis turniri keçirib. Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov
adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunan yarışda Heydər Əliyev
adına Neft Emalı Zavodu, “Qaz İxrac”İdarəsi, “28 May” NQÇİ, Nəqliyyat İdarəsi,
Ə.Əmirov adına NQÇİ, “Neftqaztikinti” Tresti və H.Z.Tağıyev adına NQÇİ-nin
komandaları iştirak ediblər.Turnirin
keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin stolüstü
tennis idman növünə daha geniş cəlb olunması, neftçilərin asudə vaxtlarının səmərəli
təşkili, onlar arasında dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi,
eləcə də respublika spartakiadasında təmsil olunmaq üçün yığma komandanın müəyyən
olunması idi.İki gün
davam edən yarışda Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası turnirin
qalibi adını qazanıb. “Qaz İxrac” İdarəsi 2-ci, Nəqliyyat İdarəsinin komandası
isə 3-cü yeri tutub.Qalib və mükafatçılara “Neftçi İdman Klubu” İB tərəfindən
diplom və xatirə hədiyyələri təqdim olunub.