Futbol
üzrə Azərbaycan I Divizionunda 17-ci turun oyunları keçirilir.”Qaradağ Lökbatan” Qaradağ Təlim-İdman Bazasının
stadionunda Ağsu rayonunun eyniadlı komandasını qəbul edib. Qarşılaşma komandamızın
3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 10-cu dəqiqədə Əliqulu Mənəfov hesabı
açıb. Oyunun “Qaradağ Lökbatan”ın üstünlüyü şəraitində keçməsi birinci hissənin
sonunda öz bəhrəsini verib. Belə ki, Əliqulu Mənəfov özünün və komandasının
ikinci qolunu vuraraq (45+1) dubla imza atıb – 2:0. Matçın 87-ci dəqiqəsində
futbolçularımız rəqibi üçüncü dəfə meydanın mərkəzinə dəvət ediblər. “Ağsu”
komandasının qapısına təyin olunan penaltini Rüfət Məmmədov dəqiq yerinə yetirib.
Beləliklə, “Qaradağ Lökbatan” 3 xalı 3 qolla qazanıb.