Bakı
şəhər 111 saylı orta məktəbdə yeniyetmələr arasında şaolin döyüş sənəti üzrə
Bakı birinciliyi keçirilib. Yarışda 25 komandadan 176 idmançı bacarığını
nümayiş etdirib.Klubumuzun təmsilçiləri paytaxt birinciliyinin
10 medalını (5 qızıl, 1 gümüş, 4 bürünc) qazanaraq komanda hesabında 3-cü yeri
tutublar. Yeniyetmələrimizdən Nihad Quliyev (33 kq), İsmayıl Zeynalov (50 kq),
Rəşad Qəhrəmanov (56 kq), Alim Kazımov (70 kq) və Heydər Qasımov (75 kq) bütün
döyüşləri qalibiyyətlə başa vuraraq liderliyə yüksəliblər. 50 kq çəki dərəcəsində
mübarizə aparan Miryaqub Əhədov yalnız finalda məğlubiyyət acısı yaşayıb və
gümüş medala layiq görülüb. Ziya Məmmədov (36 kq), İsmayıl İsmiyev (52 kq),
Abdulxan Hüseynli (56 kq) və Amin Şiriyev (+66 kq) isə fəxri kürsünün üçüncü
pilləsində dayanıblar.