İtaliyanın
paytaxtı Romada kişilər arasında cüdo üzrə açıq Avropa çempionatı keçirilib. Yarışda
36 ölkədən 257 idmançı qalib adı uğrunda mübarizə aparıb.Azərbaycan
milli komandası çempionatda 16 cüdoçu ilə təmsil olunub. Yığmamız yarışı 1
gümüş və 1 bürünc medalla başa vurub.Gümüş medalı ölkəmizə “Neftçi İdman Klubu”nun
cüdoçusu Tural Səfquliyev (90 kq) qazandırıb. İdmançımız serbiyalı Draqan
Beqovic, İtaliya təmsilçisi Luka Qalbiati və yaponiyalı Şoiçiro Mukaini məğlubiyyətə
uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə Kanada cüdoçusu Zaçari Burt üzərində
inamlı qələbə qazanan Səfquliyev finala vəsiqəni təmin edib. Həlledici
qarşılaşmada polşalı Pyotr Kuçzeraya məğlub olan cüdoçumuz açıq Avropa çempionatının
gümüş medalına layiq görülüb.