Amerika
Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatı
davam edir. 2016-cı ildə Rio de Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya
Oyunlarına ilk lisenziyaların qazanıldığı çempionatın son günlərində sərbəst
güləşçilər mübarizə aparırlar.”Neftçi
İdman Klubu”nun güləşçisi Toğrul Əsgərov (65 kq) ilk görüşdə qazaxıstanlı
Sayatbek Okassovu məğlub edib. Növbəti qarşılaşmalarda Ermənistan idmançısı
Devid Safaryan və gürcüstanlı Avtandil Kençadze üzərində qələbə qazanan təmsilçimiz
dörddəbir finala yüksəlib. Bu mərhələdə italiyalı güləşçi Frank Çamizoya uduzan
Əsgərov təsəlliverici görüşə çıxıb. Polşa idmançısı Maqomedmurad Qadjiyevlə
üz-üzə gələn güləşçimiz rəqibini məğlubiyyətə uğratsa da, bürünc medal uğrunda
qarşılaşmada İran pəhləvanı Seyidəhməd Mohammadipanekolaei
ilə bacarmayıb və medaldan məhrum olub. Buna baxmayaraq, Toğrul Əsgərov ilk
beşlikdə yer aldığı üçün Rio-2016-ya vəsiqəni təmin edib.Xatırladaq
ki, çempionatın ilk günlərində klubun yunan-Roma güləşçiləri Rövşən Bayramov və Elvin Mürsəliyev də Braziliya Olimpiadasına lisenziyanı təmin
etmişdilər.