Hövsan
Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən sərbəst və
yunan-Roma güləşi üzrə paytaxt birinciliyi başa çatıb. 2000-2001-ci illər təvəllüdlü
idmançıların mübarizə apardığı yarışda əvvəlcə sərbəst güləşçilər xalça üzərinə
çıxıblar. 16 klubu təmsil edən 214 pəhləvan 10 çəki dərəcəsi üzrə qüvvəsini
sınayıb.”Neftçi
İdman Klubu”nun sərbəst güləşçilərindən 6-sı mükafatçılar arasında yer alıb. Onlardan
Xəzri Bağırlı (76 kq) və Fərid İsrafilov (85 kq) bütün rəqiblərini məğıubiyyətə
uğradıblar və Bakı çempionluğuna seviniblər. Sahib Əzizov (58 kq), Adəm
İsmayılov (100 kq) gümüş, Rəhmət Cəfərzadə (46 kq) və Cavid Quliyev (69 kq) isə
bürünc medala layiq görülüblər.16
komandadan 224 idmançının qatıldığı yunan-Roma güləşçilərinin yarışında isə təmsilçilərimizin
çıxışı daha uğurlu alınıb. Belə ki, yeniyetmə pəhləvanlarımız 5 qızıl, 3 gümüş
və 2 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. Güləşçilərimizdən
Elmir Əliyev (50 kq), Xasay Həsənli (58 kq), Allahverdi Əliyev (63 kq), Murad
Əliyev (69 kq) və Fikrət Vəliyev (76 kq) məğlubiyyət tanımayaraq paytaxt
birinciliyinin qalibi adına yiyələniblər. Yalnız finalda məğlub olan Əli Məmmədov
(50 kq), Həsən Kərimli (54 kq) və Samir Bayramov (69 kq) gümüş, Nihat Quluzadə
(46 kq) ilə Əli Əliyev (54 kq) isə bürünc medala sahib olublar.