Fevralın
14-də Bakı İdman Sarayında startı verilmiş gənclər arasında cüdo üzrə
respublika birinciliyinə yekun vurulub. Yarışda paytaxt və bölgələrdən olan 45
komandanın tərkibində 267 idmançı gücünü sınayıb.”Neftçi
İdman Klubu”nun gənc cüdoçuları birincilikdə əzmlə mübarizə apararaq 8-i qızıl,
6-sı gümüş, 5-i bürünc olmaqla 19 medala sahib olublar və komanda hesabında
birinci yeri tutublar. İdmançılarımızdan Əhməd Yusifov (60 kq), İbrahim Əliyev
(66 kq), Samir Ağayev (81 kq), Aslan Mirzəyev (90 kq) və Zelim Kotsiyev (100 kq)
rəqib tanımayaraq ölkə çempionluğunu bayram ediblər. Qızlar arasında isə 48 kq
çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva, Validə Mirzəzadə (+70 kq) və
Nigar Cəfərova (+78 kq) eyni uğuru təkrarlayıblar.