Bakı İdman
Sarayında təşkil olunan kikboksinq üzrə Azərbaycan çempionatına yekun vurulub. Gənclər
və böyüklər arasında keçirilən yarışda 40 komandadan 200-ə yaxın idmançı qüvvəsini
sınayıb.”Neftçi
İdman Klubu”nun çempionata qatılmış kikboksçularından 10-u mükafatçılar arasına
düşməyə müvəffəq olub. Onlardan 2-si qızıl, 5-i gümüş, 3-ü isə bürünc medala
layiq görülüb. Klubun yetirmələrindən Ruslan Nağıyev (60 kq) gənclər arasında
ölkə çempionu adını qazanıb. Emin Quliyev (71 kq) 2-ci, Ağa Məmmədov (81 kq) isə
3-cü yeri tutub.Böyüklərin
yarışında 57 kq çəki dərəcəsində mübarizə aparan Rolan Quliyev məğlubiyyət
tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəcməddin Məmmədzadə (54
kq), Camal Məmmədov (57 kq), Altay Atakişiyev (75 kq), Bəybala Quliyev (86 kq)
gümüş, Elnur Mahmudov (63,5 kq) və Amid Hüseynov (75 kq) isə bürünc medallara
sahib olublar.Qeyd edək
ki, yarışın qalibləri kikboksinq üzrə yığma komandanın təlim-məşq
toplanışlarına cəlb olunacaqlar.