Böyüklər
arasında boks üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Boks Mərkəzində
keçirilən yarışda paytaxt və bölgələrdən 200-ə yaxın idmançı mübarizəyə
qoşulub.Klubumuzun
dəri əlcək ustaları da çempionatda qüvvələrini sınayıblar. Boksçularımızdan 52
kq çəkidə çıxış edən Anaxanım Ağayeva bütün döyüşləri qalibiyyətlə başa vuraraq
qadınlar arasında respublika çempionu olub. Kişilərin yarışında isə Valeh Nəcməddinov
(52 kq) bürünc medala sahib çıxıb.