İtaliyanın
Liqnano şəhərində cüdoçuların ənənvi “Alpe Adrea” beynəlxalq turniri sona
yetib. Sayca 22-ci dəfə keçirilən festivalda Avropanın müxtəlif ölkələrindən
1046 gənc cüdoçu qalib adı uğrunda yarışıb.Azərbaycanın
gənclərdən ibarət milli komandası böyük əzmkarlıq nümayiş etdirərək turnirin 13
medalına (5 qızıl, 4 gümüş, 4 bürünc) sahib olub. Cüdoçularımız ümumi komanda
hesabında 1-ci yeri tutublar.Millimizin
bu uğuru qazanmasında “Neftçi İdman Klubu”nun təmsilçiləri böyük pay sahibi
olublar. Belə ki, yığma komandamızın əldə etdiyi medallardan 7-si (1 qızıl, 3
gümüş, 3 bürünc) klubumuzun gənc cüdoçularına məxsusdur. Onlardan 90 kq çəki dərəcəsində
mübarizə aparan Aslan Mirzəyev bütün görüşləri qələbə ilə tamamlayıb və “Alpe
Adrea” beynəlxalq turnirinin qalibi adını qazanıb. Yalnız finalda məğlub olan
Natiq Qurbanlı (60 kq), Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq) gümüş,
Murad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir Ağayev (81 kq) isə
bürünc medala layiq görülüblər.