Hövsan
Olimpiya İdman Kompleksində 1999-2000-ci illər təvəllüdlü yeniyetmələr arasında
sambo üzrə Bakı birinciliyi keçirilib. Yarışda 10 çəki dərəcəsi üzrə 165
idmançı qüvvəsini sınayıb.”Neftçi
İdman Klubu”nun samboçuları birincilikdə əzmlə mübarizə apararaq 15 medal (4
qızıl, 6 gümüş, 5 bürünc) qazanıblar. Yeniyetmə idmançılarımızdan 52 kq çəkidə
çıxış edən Kənan Babayev, Emin Haqverdiyev (60 kq), Mikayıl Aqui (65 kq) və
Aslan Qasımov (75 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq paytaxt
çempionluğunun sevincini yaşayıblar.