Yanvarın
24-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürmüş cüdo üzrə Bakı şəhər
birinciliyinə yekun vurulub. 13 yaşadək cüdoçular arasında keçirilən yarışda 43
komandadan 420 idmançı mübarizəyə qoşulub.”Neftçi İdman Klubu”nun təmsilçiləri paytaxt
birinciliyinin 10 medalını (3 qızıl, 5 gümüş, 2 bürünc) qazanıblar. Kiçikyaşlı
cüdoçularımızdan 42 kq çəki dərəcəsində mübarizə aparan Nahid Tarquliyev məğlubiyyət
tanımayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızlar arasında təşkil
olunan yarışda isə Aydan Vəliyeva (28 kq) və Aysel Şəfiyeva (40 kq) eyni uğuru
təkrarlayaraq qızıl medallara layiq görülüblər.