Böyüklər
arasında taekvondo üzrə Azərbaycan çempionatı sona çatıb.Klubumuzun
yarışda iştirak edən və öz aktivlikləri ilə seçilən taekvondoçuları 3 qızıl, 1
bürünc medal qazanıblar və komanda hesabında 2-ci yeri tutublar. İdmançılarımızdan
Məmmədalı Quliyev (63 kq) və Vladislav Subbotin (80 kq) bütün döyüşləri qələbə
ilə başa vuraraq ölkə çempionu tituluna sahib olublar. Qadınların mübarizəsində
46 kq çəkidə çıxış edən Nərminə Məmmədova qızıl medala yiyələnib. Günay Ağakişiyeva
(62 kq) isə çempionatı 3-cü sırada tamamlayıb.Qeyd edək
ki, bugünlərdə Rusiyanın Tver şəhərində keçirilən beynəlxalq turnirdə də
yeniyetmə və gənc taekvondoçularımız uğurla çıxış etmişdilər. Belə ki, yeniyetmələrdən
Eynulla Şahbazov (45 kq) və Zəhra Məmmədova (51 kq), gənclər arasında isə
İbrahim Qədimov (45 kq) turnirin bürünc medallarını qazanmışdılar. Komanda yarışında
da taekvondoçularımız 3-cü yerə çıxmışdılar.