“Sərhədçi”
İdman Olimpiya Mərkəzində paralimpiyaçı taekvondoçular arasında respublika
çempionatına yekun vurulub. İlk dəfə keçirilən yarışda parataekvondoçular (kişilər
və qadınlar) 4 kateqoriya üzrə olmaqla 3 çəki dərəcəsində mübarizə aparıblar.”Neftçi
İdman Klubu”nun paralimpiyaçıları çempionatda əzmlə yarışıblar və 12 medala (7
qızıl, 2 gümüş, 3 bürünc) yiyələniblər. Onlardan Rövşən Qəhrəmanlı (K 44, 61 kq),
Anar Hüseynov (K 42, 61 kq), Şəhmir İbadov (K 41, 61 kq), Nicat Müslümov (K 42,
75 kq), Əbülfəz Abuzərli (K 44, 75 kq) və Vüqar Adışirinov (K 44, +75 kq) rəqib
tanımayaraq ölkə çempionu adını qazanıblar. Xanım idmançılarımızdan isə Aynur Məmmədova
(K 44, 58 kq) eyni uğuru təkrarlayıb.Qeyd edək
ki, parataekvondoçularımız komanda hesabında birinci yeri tutublar.