Bakı
İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst
və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 20-ci beynəlxalq turnir
başa çatıb. Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Qazaxıstan və
Özbəkistandan olan güləşçilər də mübarizə aparıblar.”Neftçi
İdman Klubu”nun milli komandamızın heyətində yer almış yeniyetmələrindən 9-u (3
qızıl, 6 bürünc) mükafata layiq yer tutub. Sərbəst güləşçilərimizdən Adəm
İsmayılov (100 kq) bütün görüşləri qələbə ilə yekunlaşdıraraq qızıl medala
sahib çıxıb. Fərid Əhmədov (54 kq) və Fərid İsrafilli (85 kq) isə 3-cü yeri
tutublar. Klubun yunan-Roma güləşçilərindən Elmir Əliyev (46 kq) və Samir
Bayramov (69 kq) beynəlxalq turnirin qalibi adını qazanıblar. Pünhan Yolçuyev
(42 kq), Urfan Həsənli (50 kq), İlkin Rzazadə (54 kq) və Cahandar Şahbazov (58
kq) isə yarışı 3-cü yerdə başa vurublar.