Gənclər
arasında qılıncoynatma üzrə respublika birinciliyinə yekun vurulub.
Qılıncoynatma Federasiyasının zalında keçirilən yarışda klubumuzun yetirmələri
2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə ediblər. Sablyaçı qızlar arasında Fatimə
İbrahimova rəqib tanımayaraq ölkə çempionu adını qazanıb. Nərminə Cəfərova
2-ci, Ləman Əhmədova isə 3-cü yerə çıxıb.On
iki sablyaçının mübarizə apardığı oğlanların yarışında isətəmsilçimiz
Xalid Əsədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavanşir Səfərov gümüş,
Cavanşir Ağakişiyev isə bürünc medala layiq görülüb.