Yanvarın
13-də startı verilmiş güllə atıcılığı üzrə Bakı şəhər çempionatı sona yetib.
Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 50-ə yaxın idmançı bacarığını
nümayiş etdirib.”Neftçi
İdman Klubu”nun təmsilçiləri paytaxt çempionatının 9 medalına (3 qızıl, 3
gümüş, 3 bürünc) sahib olublar. Kişilər arasında 10 metr məsafəyə pnevmatik
tapançadan atəşaçma yarışında Ruslan Lunyov 383 xalla liderliyə yüksəlib. Rəsul
Məmmədov (565 xal) isə gümüş medala layiq görülüb. 50 metr məsafədə (KÇTÇ-4) Rəsul
Məmmədov 526 xal toplayaraq çempion adını qazanıb. Elvin Astanov (502 xal) isə
3-cü yeri tutub.Zərif
cinsin nümayəndələrindən Zərifə Qasımova 10 (PTÇ-2) və 25 metr (KÇTÇ-3) məsafələrə atəşaçma yarışlarında gümüş medala yiyələnib. Lalə Mirzəzadə
10 metrdə, Leyla Mirzəzadə isə 25 metrdə bürünc medala sahib olublar. Pnevmatik
tüfəngdən (PT-3) 10 metr məsafəyə atəşaçma yarışında isə klubun yetirməsi Xəyalə
Hüseynli 401 xalla paytaxt çempionatın qalibi adını qazanıb.