“Sərhədçi”
İdman Olimpiya Mərkəzində cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun
vurulub. Gənclər arasında təşkil olunan və yeni qaydalarla keçirilən yarışa
200-ə yaxın cüdoçu qatılıb.”Neftçi
İdman Klubu”nun yetirmələrindən Aytac Quluzadə (44 kq) və Cəmalə Muqumova (70
kq) qızlar arasında keçirilən yarışda rəqib tanımayaraq fəxri kürsünün ən yüksək
pilləsinə qalxıblar. Oğlanların yarışında isə Emin Hüseynov (48 kq) və Cavid
Muradov (90 kq) paytaxt birinciliyinin qalibi adını qazanıblar. Yalnız finalda
məğlub olan Elvin Abbasov (100 kq) gümüş medala layiq görülüb. Elvar Abbasov
(73 kq) və İsmayıl Ağakişiyev (90 kq) isə yarışı 3-cü yerdə başa vurublar.