Bakı
İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə respublika
çempionatı başa çatıb.”Neftçi
İdman Klubu”nun bu gün xalça üzərinə çıxan yunan-Roma güləşçilərindən Mehrac Kərimov
(75 kq) və İslam Abbasov (85 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək
pilləsinə qalxıblar.Xatırladaq
ki, yarışın ilk iki günündə klubun sərbəst güləşçiləri Mahir Əmiraslanov (57
kq) və Hacı Əliyev (61 kq) də çempionatın qızıl medalını qazanmışdılar.